Almaniya Ukraynaya növbəti hərbi yardım paketini tədarük edib
Almaniya Ukraynaya növbəti hərbi yardım paketini tədarük edib.
Yeni paket 15 Leopard 1 A5 tankını, IRIS-T zenit-raket komplekslərini, Patriot buraxılış qurğularını əhatə edir. Bu barədə Ukrayna mediası Almaniya hökumətinin dərc etdiyi yenilənmiş siyahıya istinadən məlumat yayır.
Almaniyanın tədarük etdiyi silahlanmaya iki həmçinin “Gepard” özüyeriyən zenit qurğusu, onlarla zirehli avtomobil, radarlar, idarə olunan raketlər, qumbaraatanlar, 52 min 155 mm-lik mərmi, tüfənglər və digər döyüş sursatı və hərbi texnika daxildir.
Bundan başqa, yardım paketi generatorları, çadırları, minatəmizləmə avadanlığını və digər materialları əhatə edir.