Almaniya Ukraynaya əlavə 50 milyon avro ayıracaq və bu vəsait Rusiyanın hücumlarından zərər çəkmiş enerji infrastrukturu üçün istifadə olunacaq
Almaniya Ukraynaya əlavə 50 milyon avro ayıracaq və bu vəsait Rusiyanın hücumlarından zərər çəkmiş enerji infrastrukturu üçün istifadə olunacaq

 

Almaniya qış üçün Ukraynaya əlavə 50 milyon avro ayıracaq və bu vəsait Rusiyanın hücumlarından zərər çəkmiş enerji infrastrukturu üçün istifadə olunacaq. Bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok Paris Donorlar Konfransında danışıb.

Nazir ölkəsinin Milad bayramı üçün Ukraynaya generatorlar və yanacaq tədarük etməyi planlaşdırdığını bildirib.

“Rusiya prezidenti Ukrayna xalqını sındırmaq istəyir və biz buna imkan verməyəcəyik” – deyə Berbok açıqlayıb