“Almaniya üçün Alternativ” partiyasının lideri bildirir ki, Bad-Kroytsnax şəhərində partiyanın məlumat stendinə korroziyaya səbəb olan maye püskürdülüb və nəticədə 9 nəfər xəsarət alıb
“Almaniya üçün Alternativ” (AfD) partiyasının lideri Alis Vaydel bəyan edir ki, Bad-Kroytsnax şəhərində partiyanın məlumat stendinə korroziyaya səbəb olan maye püskürdülüb, nəticədə 9 nəfər xəsarət alıb.
Onun sözlərinə görə, xəsarət alanlar arasında partiya üzvləri də var.
“Müxalifətin məsuliyyətsiz şəkildə şeytanlaşdırılmasının nəticəsi – biz qorxmayacağıq”, – Alis Vaydel yazıb.
Sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt federal torpağında yerli özünüidarəetmə seçkiləri keçiriləcək.
“Reuters”in məlumatına görə, ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının reytinqi təxminən 40%-dir. Hakim “Xristian-Demokrat İttifaqı”nı (CDU) isə seçicilərin təxminən 25%-i dəstəkləyir.