Almaniya Rusiyanın Avropada təcavüzünü cilovlamaq üçün əsas sütuna çevrilməyə hazırdır və 2027-ci ilə qədər Litvada tam hüquqlu briqada yerləşdirməyi planlaşdırır
Almaniya Rusiyanın Avropada təcavüzünü cilovlamaq üçün əsas sütuna çevrilməyə hazırdır və 2027-ci ilə qədər Litvada tam hüquqlu briqada yerləşdirməyi planlaşdırır. Bu haqda Almaniyanın müdafiə naziri Pistorius Litvanın Parlamentində çıxışı zamanı deyib.
Pistorius alman əsgərlərin Litvaya yerləşdirilməsi prosesinin bu il başlayacağını təsdiqləyib. O, həmçinin vurğulayıb ki, Almaniya, zərurət halında hərbi qüvvələrin Atlantikdən şərq cinahına sürətlə hərəkətini təmin edən “Avropada mərkəzi logistika qovşağı” kimi öz məsuliyyətini dərk edir.
Boris Pistorius, Ukraynanın Rusiya üçün sadəcə başlanğıc olduğunu deyib.
“Rusiya hibrid üsullarla bizim birliyimizi, Avropa İttifaqını və NATO-nu sarsıtmağa çalışır. Putinin əsl düşməni bizim azad və müstəqil, demokratik həyat tərzimizdir” – Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri bildirib.