Almaniya prezidentinin mətbuat xidmətinin məlumatına görə, Frank Valter Ştaynmayer danışıqlar zamanı aydın avropapərəst mövqeyinə görə Salome Zurabişviliyə təşəkkür edib
Almaniya prezidentinin mətbuat xidmətinin məlumatına görə, Frank Valter Ştaynmayer danışıqlar zamanı aydın avropapərəst mövqeyinə görə Salome Zurabişviliyə təşəkkür edib

Almaniya prezidentinin mətbuat xidmətinin məlumatına görə, Frank-Valter Ştaynmayer danışıqlar zamanı aydın avropapərəst mövqeyinə görə Salome Zurabişviliyə təşəkkür edib.

Eyni zamanda o, Gürcüstanın Avropa İttifaqına üzv olmaq prosesində geriləməsinə görə məyusolduğunu bildirib. Almaniya prezidentinin mətbuat xidmətinin məlumatına görə, Almaniyanın federal prezidenti hökumətin tarixi fürsəti təhlükə altına atdığını bildirib.

Almaniya prezidentinin veb səhifəsində dərc olunan press-relizdə qeyd edildiyi kimi, Gürcüstan 2023-cü ilin sonundan etibarən Avropa İttifaqı üzvlüyünə namizəd statusuna malikdir. 2024-cü ilin yazında ölkə hökuməti Avropa İttifaqına yaxınlaşmasına mane olan bir neçə qanun qəbul etdi, məsələn, QHT-lərin xarici maraqların təmsilçisi kimi qeydiyyatdan keçməsini məcbur edən “Şəffaflıq qanunu” ölkədə etirazlara səbəb oldu.

“Prezident Zurabişvili hökumətin kursunun əleyhinə çıxdı. O, ölkədəki müxalifəti dəstəkləyir. Oktyabrın sonunda Gürcüstanda parlament seçkiləri keçiriləcək”, – Almaniya prezidentinin mətbuat xidmətinin bəyanatında qeyd edilib.