Almaniya mediası - İranda müharibə səbəbindən Almaniyada bu il, ola bilsin ki, 200 000-dən çox iş yeri ləğv edilsin
Almaniyanın özəl yayımçısı NTV-nin məlumatına görə, İranda müharibə səbəbindən Almaniyada bu il 200 000-dən çox iş yerinin itirilməsi gözlənilir.
“Yaxın Şərq münaqişəsi artıq Almaniyaya əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla yanaşı, ABŞ-ın ticarət müharibəsi hələ də sona çatmaqdan uzaqdır”, – “Allianz Trade” kredit sığortası şirkətinin rəhbəri Milo Boqaerts bildirib.
Bununla yanaşı, şirkətin proqnozuna görə, Almaniyada kredit öhdəliklərini yerinə yetirə bilməyənlərin sayı ötən illə müqayisədə 2,4 faiz artacaq, bu da son 14 ilin ən yüksək göstəricisi olacaq. Bu isə şirkətləri iş yerlərini azaltmağa məcbur edəcək.
Ümumilikdə, “Allianz Trade” dünyada korporativ ödəmə qabiliyyətsizliyinin 6 faiz artacağını gözləyir və bu, Almaniya ilə müqayisədə daha sürətli templə baş verəcək.