Almaniya mediası - Almaniyanın daxili işlər naziri müəyyən şərtlərlə silahlı qüvvələrə dronları vurmağa icazə verilməsini müzakirə edir
Almaniyada naməlum dronların görünməsindən sonra bildirirlər ki, müəyyən şərtlərlə silahlı qüvvələrə pilotsuz uçuş aparatlarını vurmağa icazə verilməsi məsələsini müzakirə edirlər.
Almaniya mediasının yazdığına görə, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt müvafiq səlahiyyətləri tənzimləyən qanunvericilik təşəbbüsü ilə çıxış etməyi planlaşdırır.
Xüsusilə, əgər pilotsuz uçuş aparatları insanların həyatına və ya vacib infrastruktur obyektlərinə təhlükə yaratsalar və müdafiənin digər tədbirləri kifayət etməsə, Almaniya silahlı qüvvələrinin onları vurmaq hüququ olacaq.
Qanun layihəsinə əsasən, belə böhranlı vəziyyətlərdə qərarı ölkənin Müdafiə Nazirliyi verəcək.
“Hazırkı strategiyamız iki komponentdən ibarətdir. Birinci komponent — dronlardan müdafiə mərkəzi — maliyyə resurslarının birləşdirilməsi, texnoloji ekspertizanın mərkəzləşdirilməsi və yeni tədqiqat layihələrinin təşəbbüsü vasitəsilə federal və yerli hakimiyyət orqanlarının, federal və cinayət polislərinin və yerli polis orqanlarının səlahiyyətlərin zəncirini təmin edəcək. İkinci əsas komponent hava təhlükəsizliyi aktının yenidən gözdən keçirilməsidir. Bu halda, Bundesverin (Almaniya Silahlı Qüvvələri) polisə inzibati yardım çərçivəsində dronlardan müdafiədə iştirak edə bilməsi üçün hüquqi əsasların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, belə hüquqi əsas vacibdir, çünki dronlarla bağlı vəziyyət o qədər müxtəlif ola bilər ki, Bundesverin müdaxiləsi də lazım ola bilər. Aydın məsələdir ki, bu, həmçinin dronların vurulmasını da əhatə edir”, – Almaniyanın daxili işlər naziri bildirib.
Məlumat üçün bildirək ki, daha əvvəl Almaniyanın şimal bölgəsində naməlum pilotsuz uçuş aparatlarının müşahidə edildiyinə dair məlumat yayılıb. Hadisə Şlezviq-Holşteyn ərazisində baş verib və hazırda istintaq aparılır.