Almaniya hökumətində Olaf Şoltsun ”Şimal axını 2″nin istismara verilməsini nəzərdən keçirmədiyini bildiriblər
Almaniya hökumətində, qaz tədarükü ilə bağlı çətinliklər yaranacağı halda Olaf Şoltsun ”Şimal axını 2″nin istismara verilməsini nəzərdən keçirmədiyini bildiriblər.
Ukrayna mətbuatı bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefen Hebeştraytın məlumat verdiyini bildirir.
Hebeştrayt , Almaniya kanslerinin təbii qaz təchizatında mümkün çətinliklər yaranması halında qaz kəmərinin istismarının mümkünlüyünü istisna edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib -“Bəli, o, belə bir ehtimalı istisna edir”.
Hebeştraytın verdiyi məlumatına əsasən, “Şimal axını 2” qaz kəməri sertifikatlaşdırılmayıb və hazırda onun sertifikatlaşdırılması nəzərdə tutulmur, bu səbəbdən də onun istismara verilməsi planlaşdırılmır.
Hökumət nümayəndəsinin sözlərinə görə, Rusiyadan təbii qaz tədarükünün azalması ilə əlaqədar Almaniyanı çətin aylar gözləyir, lakin mənfi nəticələrin minimuma endirilməsi üçün müvafiq tədbirlər görülür.
Bununla yanaşı, Hebeştrayt hər şeyə baxmayaraq, Almaniya və beynəlxalq tərəfdaşların Kremlə qarşı sanksiyaları haqlı hesab etdiyini və onları ləğv etməyi planlaşdırmadığını bildirib.