Almaniya quru sərhədlərində müvəqqəti olaraq pasport nəzarətini bərpa edəcək

20:36, 09.09.2024

Almaniya quru sərhədlərində müvəqqəti olaraq pasport nəzarətini bərpa edəcək.

Almaniyanın daxili işlər naziri Nensi Fayzerin bildirdiyi kimi, Almaniya bu barədə Avropa İttifaqını məlumatlandırıb. Onun söylədiyinə görə, Fransa, Lüksemburq, Niderland, Belçika və Danimarka ilə sərhəd nəzarəti sentyabrın 16-dan başlayacaq və ilkin olaraq 6 ay davam edəcək. Bu qərarın məqsədi qeyri-qanuni miqrasiya, həmçinin islamçı terror qruplaşmaları və beynəlxalq kriminal təşkilatlardan gələn təhdidləri ilə mübarizə aparmaqdır.

“Ölkəmizin əhalisini qorumaq üçün əlimizdən gələn hərşeyi edirik. Biz daxili təhlükəsizliyimizi konkret tədbirlə gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt mövqeyi qoruyub-saxlayırıq”, – nazir bildirib.

Oxşar