Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri bildirir ki, Rusiya “bu onilliyin sonunda” NATO ərazisinə hücum edə biləcək

18:44, 14.10.2024

Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal hesab edir ki, Rusiya yaxın 6 il ərzində NATO ərazisinə hücum edə biləcək.

Bruno Kal alman mediası ilə söhbətində dediyi kimi, o, Rusiyadan birbaşa hərbi təhlükə görür.

“Bu onilliyin sonuna qədər Rusiya qoşunları NATO-ya hücum etmək imkanına malik olacaq. Kreml Almaniya Federativ Respublikasını düşmən olaraq hesab edir. Biz Rusiya ilə birbaşa münaqişədəyik”, – Kal bundestaqın parlament nəzarəti komitəsinin dinləmələrində bildirib.

Onun dediyinə görə, Rusiya prezidentinin hədəfi sadəcə Ukrayna deyil və Putin yeni dünya düzəni yaratmağa çalışır.

Daha əvvəl Almaniyanın daxili işlər naziri Nensi Fesser Rusiya kəşfiyyatının fəaliyyəti ilə əlaqədar Almaniyada təhlükələrin artdığını bildirmişdi.

Bu günlərdə məlum olub ki, casusluq təhlükəsi ilə əlaqədar Almaniya Daxili İşlər Nazirliyi qanun layihəsi hazırlayıb və qanuna əsasən hüquq-mühafizə orqanının əməkdaşlarının yoxlanılması gücləndiriləcək.

Oxşar