Almaniya, Danimarka və Çexiyada rekord səviyyədə yüksək temperatur qeydə alınıb

12:20, 28.06.2026

Avropada misilsiz istilər davam edir. Almaniya, Danimarka və Çexiyada yüksək temperatur rekordları qeydə alınıb.

Almaniyada havanın temperaturu 41,5 dərəcəyə çatıb ki, bu da ölkə tarixində yeni bir rekorddur. Güclü isti səbəbindən Berlin polisi şəhərdə insanları sərinləşdirmək üçün iki təzyiqli su maşınından istifadə edib.

Çexiyada da rekord temperatur qeydə alınıb. Ölkənin meteoroloji xidmətinin məlumatına görə, Praqanın şimalında yerləşən Doksanı rayonunda temperatur 40,8 dərəcəyə çatıb. Bu, Çexiya tarixində qeydə alınan ən yüksək temperatur göstəricisidir.

Danimarkanın Odum şəhərində 37 dərəcə qeydə alınıb. Ölkədə sonuncu dəfə belə bir temperatur 1976-cı ildə müşahidə olunub.

Ümumdünya Meteoroloji Təşkilatı bildirib ki, isti hava dalğası insanların sağlamlığına və ekosistemlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Hazırda bütün Avropa miqyasında təxminən 150 milyon insan 35 dərəcədən yüksək temperatur şəraitində yaşamaq məcburiyyətindədir.

Oxşar