Almaniya Bundestaqı miqrasiya siyasətinin və təhlükəsizliyin sərtləşdirilməsinə dair qanunvericilik paketini qəbul edib
Almaniya Bundestaqı miqrasiya siyasətinin və təhlükəsizliyin sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini qəbul edib.
Qanunvericilik paketini 361 deputat dəstəkləyib, 290 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.
Paket ölkəni tərk etmək məcburiyyətində qalan sığınacaq axtaranlar üçün müavinətlərin azaldılmasını ehtiva edir.
Bundan başqa, silahın saxlanması və istifadəsi ilə bağlı qanunvericilik, həmçinin soyuq silahın gəzdirilməsini qadağan edən qaydalar sərtləşdirilir.
Əlavə səsvermə zamanı həmçinin, terrorizmə qarşı mübarizənin təkmilləşdirilməsi haqqında qanun layihəsi təsdiq edilib. Qanun istintaq orqanlarına islamçı ekstremizmlə mübarizə aparmaq üçün daha çox səlahiyyət verir.
Bundestaqdan sonra Almaniya parlamentinin ikinci palatası Bundesrat qanunvericilik paketini qəbul etməlidir.