Almaniya ABŞ-dan idxal olunan maye qazın ilk axınını qəbul edib

20:59, 03.01.2023

 

Almaniya mayeləşdirilmiş təbii qaz çənləri ilə dolu Amerika tankerini qəbul edib. Məlumatı “Deutsche Welle” yayır. Verilən məlumatda Amerika tanker gəmisinin Almaniyanın Vilhelmshapen limanında yeni tikilmiş üzən terminalda təbii qazı yenidən yükləyəcəyi deyilir.

Yeni təbii qaz infrastrukturunun yaradılması boru kəmərləri vasitəsilə qaz təchizatını əvəz etmək məqsədi daşıyır.

300 metrlik üzən terminalın yenidən qazlaşdırma gücü ildə 5 milyard kubmetrdir. Medianın yazdığı üzrə, Rusiyadan idxalın kəskin azalmasına baxmayaraq, qismən dekabrın qeyri-adi isti dövrü ilə əlaqədar Almaniyanın qaz ehtiyatları 90 faizi ötüb.

Oxşar