Almaniya 23 Əfqanıstan vətəndaşını deportasiya edib

18:48, 25.08.2026

Almaniya 23 Əfqanıstan vətəndaşını deportasiya edib.

“Medianın məlumatına görə, Leypsiq/Halle hava limanından Kabula deportasiya 25 avqust səhər saatlarında başlayıb. Alman zabitləri 23 əfqan kişini çarter reysi ilə Əfqanıstanın paytaxtına yola salıblar.

Məlum olduğu kimi, deportasiya yeni prosedura uyğun olaraq həyata keçirilir. Almaniya hökuməti bundan əvvəl bildrimişdi ki, yaxın gələcəkdə ölkə yalnız məhkum olunmuş cinayətkarları deyil, həm də Almaniyada qeyri-qanuni şəkildə qalan şəxsləri də deportasiya edəcək.

Kabula aparılan Əfqanıstan vətəndaşlarının cinayət törədib-törətmədikləri hələlik məlum deyil.

2021-ci ildən Əfqanıstanı “Taliban” idarə edir. Medianın yazdığına görə, onların hakimiyyətə gəlişindən sonra insan hüquqları və geri qaytarılanlarla rəftar barədə narahatlıqlar nəzərə alınmaqla, Əfqanıstana deportasiyalar hələ də mübahisəli olaraq qalır. 2024-cü ildə deportasiyaların bərpasından bəri Almaniya ölkəyə 200-dən çox insanı geri qaytarıb. İnsan hüquqlarının müdafiəsi təşkilatı “Amnesty International”ın məlumatına görə, geri qaytarıldıqdan sonra onlardan ən azı bir nəfər dünyasını dəyişib.

Oxşar