Alman mətbuatı Zelimxan Xanqoşvilini qətlə yetirdiyinə görə mühakimə olunmuş Vadim Krasikovun mübadilə üçün hazırlana biləcəyi barədə yazır

22:13, 08.11.2022

 

Berlində Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilini qətlə yetirdiyinə görə mühakimə olunmuş Rusiya vətəndaşı Vadim Krasikov mübadilə üçün hazırlana bilər-bu barədə alman mətbuatı məlumat yayır.

“Tagesspiegel”in yaydığı məlumatda oktyabrın sonunda gizli təhlükə səbəbindən Vadim Krasikovun Berlindəki Teqel həbsxanasından Bavariyaya köçürüldüyü deyilir.

Versiyalardan birinə əsasən, Almaniya hakimiyyəti Krasikovun təhlükədə olduğunu iddia edir və intiqamdan qorxurdu, çünki Berlində çeçen əsilli çoxlu insan həbsdədir. İkinci versiyaya görə, Krasikov Eyzenhutenştadtdakı “Deportasiya edilənlər üçün xüsusi təcridxana”ya köçürülüb.

“Tagesspiegel”in yaydığı məlumatda deyilir ki, Teqeldə Krasikovun Rusiyaya göndəriləcəyi, onun əsir mübadiləsinin bir hissəsi olması barədə şayiələr yayılıb. Yayda Rusiya iki ABŞ vətəndaşı Brittni Qriner və Paul Uilyanın müqabilində Krasikovun ekstradisiyası məsələsini qaldırmışdı. O zaman Berlin məhkəməsi vəsatəti nəzərdən keçirib və rədd etmişdi.

Gürcüstan vətəndaşı, etnik çeçen Zelimxan Xanqoşvili 2019-cu ilin avqustun 23-də Berlindəki parkda qətlə yetirilib. Xanqoşvili Rusiyanın terrorçuluqda ittiham edərək axtarışa verdiyi siyahıya salınmışdı. Zelimxan Xanqoşvili 2015-ci ildə Gürcüstandan Almaniyaya gedib. Xanqoşvilinin qatili olduğu iddia edilən şəxs elə həmin gün Berlində saxlanılıb. Vadim Sokolov adlı rus pasportu olan şəxs olduğu ortaya çıxıb. Jurnalist araşdırmaları nəticəsində məlum olub ki, bu, təxəllüsdür və “Sokolov” əslində Rusiyanın federal təhlükəsizlik strukturlarına bağlı olan 56 yaşlı Vadim Krasikovdur.

Oxşar