Aleksey Reznikov - Rusiya Ukraynaya qarşı müharibədə "İskəndər"lərin kritik ehtiyatından artıq istifadə edib və ümumi sayın yalnız 11-13%-i qalıb
Aleksey Reznikov - Rusiya Ukraynaya qarşı müharibədə "İskəndər"lərin kritik ehtiyatından artıq istifadə edib və ümumi sayın yalnız 11-13%-i qalıb

 

Rusiya Ukraynaya qarşı müharibədə “İskəndər”lərin kritik ehtiyatından artıq istifadə edib və ümumi sayın yalnız 11-13%-i qalıb. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov LB nəşrinə müsahibəsində açıqlayıb.

O, Rusiyanın “İskəndər”lər istehsal edə bilmədiyini bildirib.

“Bizim istiqamətdə nə qədər atdıqlarını, nə qədərinə malik olduqlarını və neçəsinin qaldığını saydıq. Onlar kritik ehtiyatları tükədiblər, “İskəndər”lərin təxminən 11-13% -i qalıb. Klassik sovet normalarına görə, onlar ehtiyatı 25-30% səviyyəsində saxlamalıdırlar. Onlar artıq bu ehtiyatdan istifadə edirlər. Eyni şey “kalibrlər” baxımından da baş verir”- deyə müdafiə naziri açıqlayır.

Reznikov bundan əvvəl Rusiyanın həm dəniz, həm də quru mövqelərindən, eləcə də Belarus ərazisindən “İskəndər” raketlərini atdığını bildirib.

“Lakin indi üzərimizə nə qədər və hansı tip raketlərin atıldığını görəndə onların “İskəndər”dən istifadə etmədiklərinə əmin oluruq, çünki onu istehsal edə bilmirlər” -deyə o qeyd edib.