Aleksey Navalninin yaxınlarının bəyanatına görə, Navalni Tomsk şəhərində, mehmanxanada içməli su ilə zəhərləndirildi
Rus müxalifətçi Aleksey Navalnı hava limanında deyil, Tomsk şəhərində, mehmanxana otağında içməli su ilə zəhərləndirildi.
Bu barədə bəyanatı Aleksey Navalnının dəstəsi yayır.
Onların dediyinə görə, kimyavi maddənin qalıntıları Tomsk mehmanxanasında tapılan su şüşəsində aşkarlandı.
İnstaqramda Aleksey Navalnının qaldığı mehmanxana otağında çəkilən video da göstərilir.
Xatırladaq ki, sentyabrın 2-də, Almaniya iqtidarı təsdiqlədi ki, rus müxalifətçi Aleksey Navalnı sinir-paralitik maddə “Noviçok” ilə zəhərlənib.
Eyni maddə 2018-ci ildə, sabiq rus kəşfiyyatçısı Sergey Skripalın zəhərlənməsində də istifadə edilmişdi.
Aleksey Navalnı avqustun 20-də Tomskdan Moskvaya gedən təyyarə reysində özünü pis hiss etdi və xəstəxanaya aparıldı.
https://www.instagram.com/p/CFOnffrHZ0d/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again