Aleksey Kuleba yaxın saatlarda Kiyev vilayətinin kritik infrastrukturunun elektrik təchizatını bərpa edəcəklərini açıqlayıb
Kiyev vilayətində kritik infrastrukturun enerji təchizatı yaxın saatlarda bərpa olunacaq. Ukrayna mətbuatı bu barədə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanın məlumat verdiyini yazır.
O, kritik infrastruktura elektrik enerjisinin verilişinin bərpasından sonra əhaliyə də elektrik enerjisinin verilişinin tədricən bərpa olunacağını açıqlayıb.
Paytaxt miqyasında sakinlərin isinmək, yemək və telefonları elektrik enerjisi ilə doldurmaq üçün xüsusi məntəqələr təşkil olunub.
Energetika Nazirliyinin məlumatına əsasən, Rusiya tərəfindən həyata keçirilən irimiqyaslı raket hücumları nəticəsində artıq ölkənin heç bir atom elektrik stansiyasına, əksər istilik elektrik stansiyalarına və su elektrik stansiyalarına elektrik enerjisi verilmir.