Aleksey Danilov – Polşadakı insidentin tədqiqinin davam etdirilməsinin tərəfdarıyıq, tərəfdaşlarımızın Ukraynanın müdafiə raketi olması qənaətinə vardığı məlumatı gözləyirik
Ukrayna tərəfdaşları ilə birlikdə Polşada raket insidentinin təfərrüatlı tədqiqinin davam etdirilməsini dəstəkləyir. Ukrayna mətbuatı bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun açıqlama verməsi barədə məlumat yayır.
Həmçinin, Ukrayna tərəfi Polşadakı partlayış yerinə çıxış tələb edir.
“Biz tərəfdaşlarımızla birlikdə bu hadisənin mümkün qədər ətraflı şəkildə öyrənilməsinin davam etdirilməsinin tərəfdarıyıq. Tərəfdaşlarımıza rus izlərinin sübutunu təqdim etməyə hazırıq. Həmçinin, biz tərəfdaşlarımızın Ukraynanın müdafiə raketi olması qənaətinə vardığı məlumatı gözləyirik. Bundan əlavə, Ukrayna ölkənin Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin partlayış yerinə təcili çıxışını tələb edir” – deyə Danilov bildirib.
Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasında hadisədə yalnız Rusiya və onun raket terrorizminin günahkar olduğunu bildirirlər.
“Rəsmi Moskva mülki əhali arasında maksimum itkiyə səbəb olmaq və kritik infrastrukturu məhv etmək üçün daim hadisələri gərginləşdirir. Raketlə bağlı qarışıqlığın başqa açıqlaması ola bilməz. Bununla əlaqədar, Ukrayna hakimiyyəti xatırladır ki, Mərkəzi Avropa regionunun Rusiya raketlərinə qarşı təhlükəsizliyini yalnız Ukrayna ərazisi üzərində effektiv hava qalxanının yaradılması ilə təmin etmək olar” – deyə məlumatda bildirilir.