Aleksey Danilov bildirir ki, zərurət yaranarsa ukraynalı hərbçilər Rusiya ərazisinə daxil ola bilərlər
Aleksey Danilov bildirir ki, zərurət yaranarsa ukraynalı hərbçilər Rusiya ərazisinə daxil ola bilərlər

 

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirir ki, zərurət yaranarsa ukraynalı hərbçilər Rusiya Federasiyasının ərazisinə daxil olacaqlar. Bu barədə Danilov “Kiev Post”a müsahibəsində açıqlayıb.

“Ölkəmizi qorumaq üçün Rusiya ərazisində olmaq lazımdırsa, biz orada olacağıq və heç kimdən soruşmayacağıq. Kimisə qıcıqlandırmağa ehtiyacın olmadığı barədə bütün söz-söhbətlər cəfəngiyyatdır” -deyə Danilov açıqlayıb.

Bundan əvvəl Ukrayna hökumətinin nümayəndələri hərbi əməliyyatların Rusiya Federasiyası ərazisinə keçirilməsini qəti şəkildə istisna edirdilər.

Ukraynanın yüksək rütbəli rəsmisi Rusiyanın Ukraynaya gözlənilən yeni hücumunu və Belarusun bu hücumda mümkün iştirakını da şərh edib.

“Belarusların xalqımıza qarşı döyüşüb-döyüşmədiyini söyləmək çətindir. Bu, təsir edə bilməyəcəyimiz bir çox amildən asılıdır. Biz dəqiq bilirik ki, belarusların bizimlə döyüşmək həvəsi yoxdur, biz onlara pis heç nə etməmişik”- deyə Danilov açıqlayıb.

O, Rusiyanın Belarusu müharibəyə cəlb etmək üçün Belarus prezidentinə təzyiqlərini davam etdirdiyini bildirir, lakin Danilov bu məsələdə razılıq əldə olunmadığını hesab edir.