Aleksey Arestoviç Ukraynanın müharibədə qalib gəlmək üçün zəruri olan 4 şərti müəyyən etdiyini və bu şərtə Qərbin imza atdığını bildirir

22:42, 27.10.2022

 

Ukraynanın Prezident Administrasiyasının müşaviri Aleksey Arestoviç Ukraynanın Rusiyanın başlatdığı müharibədə qələbə üçün zəruri olan dörd şərti müəyyən etdiyini və Qərbdə bu barədə bildiklərini söyləyir.

“Kollektiv Qərb açıq şəkildə bildirib ki, Ukraynadakı qələbənin konturlarını Ukraynanın özü müəyyən edəcək və Qərbin vəzifəsi kömək etməkdir. Almaniya kanslerinin dediyi kimi: lazım gələrsə, Ukraynaya yardım onilliklərlə davam edəcək, biz hazırıq. O, bununla müharibənin davam etdirilməsini yox, müharibədən sonrakı bərpanı nəzərdə tuturdu” – deyə Aleksey Arestoviç açıqlayıb.

O, Qərbin Ukraynanın qələbəsi üçün dörd şərti nəzərdən keçirdiyini bildirib.

“Onlar bundan doktrina kimi planlaşdırma elementi olaraq istifadə edirlər. Bu dörd şərt çox sadədir və mətbuatda açıq şəkildə qeyd olunub. Bunlar: Ukrayna ərazisinin tam azad edilməsi, hərbi cinayətkarların təhvil verilməsi, təzminatların ödənilməsi, Putin yoxdur. Hər şey müəyyən edilib, hər şey sadədir. Qələbəni belə formalaşdırdıq. Buna hər cür nail olmaqda bizə kömək edəcəkləri ilə bağlı Qərbdə imza atıblar” -deyə Arestoviç bildirib.

Oxşar