Aleksey Arestoviç – Ukrayna aylar boyu susuz, işıqsız və istiliksiz qala bilər

22:03, 20.10.2022

 

Ukrayna aylar boyu susuz, işıqsız və istiliksiz qala bilər – bu barədə Ukraynanın Prezident Administrasiyasının müşaviri Aleksey Arestoviç açıqlayıb.

Ukraynanın Prezident Administrasiyasının nümayəndəsi Rusiya tərəfindən kritik infrastrukturun bombalanmasının əsas kommunikasiyaları poza biləcəyini söyləyərək , ukraynalıların buna hazır olmalı olduqlarını əlavə edib.

“Vəziyyət asan deyil. İstilik elektrik stansiyalarımızın və elektrik istehsal edən müəssisələrimizin 30 faizi zərər görüb. Orada bərpa işləri aparılır. Asan deyil, ağır işdir, iki günə təmir etmək olmur. Elə bir vəziyyətə düşə bilərik ki, ola bilsin həftələrlə, hətta aylarla susuz, işıqsız, istiliksiz və ya böyük məhdudiyyətlərlə qarşı-qarşıya qalaq . Bu problemdir. Lakin susuz, işıqsız, istiliksiz oturacağıq. Biz bunun öhdəsindən gəlməyi və sağ qalmağı bilirik”- deyə Arestoviç bildirib.

Oxşar