Aleksey Arestoviç Rusiyanın İrandan ballistik raketlər almağı gözlədiyini bildirib

21:25, 08.11.2022

 

İran istehsalı “Fateh 110” və “Zolpağar” ballistik raketləri Rusiya qüvvələrinə üstünlük verə bilər, lakin böyük deyil -bu barədə Ukraynanın Prezident Administrasiyasının müşaviri Aleksey Arestoviç açıqlayıb.

Arestoviç bildirib ki, Rusiyanın öz istehsalından az sayda raketi qalıb, təxminən 140-a yaxın “İskəndər” və bir neçə onlarla “Kalibr” və raket terrorunu davam etdirmək üçün Rusiya İrandan raket gözləyəcək.

Ukrayna prezidentinin məsləhətçisi Rusiyanın minə qədər İran raketini qəbul edə biləcəyini, lakin onların buraxılış qurğularının az olduğunu bildirib. Arestoviç onu da qeyd edib ki, hələlik heç kim İran raketlərini vurmayıb, bu səbəbdən onlarla ciddi problemlər yarana bilər.

Volodimir Zelenskinin müşaviri ukraynalıların bu raketlərlə mübarizədə ciddi təcrübə qazanacaqlarını bildirib. İranın ballistik raketləri 300-700 kilometr uzaqlıqdakı hədəfləri vura bilir.

Oxşar