Aleksandre Xvtisiaşvili Hindistanın Gürcüstandakı səfiri Amit Kumar Mişra ilə görüş keçirib
Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Hindistan Respublikasının Gürcüstandakı səfiri Amit Kumar Mişra ilə görüş keçirib. Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Gürcüstan və Hindistan Respublikası arasında mövcud dostluq münasibətlərini nəzərdən keçirib və əməkdaşlığın artan müsbət dinamikasını vurğulayıblar.
Söhbət zamanı iki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsi məsələsi və ticarət-iqtisadi, nəqliyyat-logistika, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunub.
Tərəflər ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə vermək üçün aktiv ünsiyyəti davam etdirməyə hazır olduqlarını ifadə ediblər.