Aleksandre Daraxvelidze - yol hərəkətində iştirak edən şəxsləri qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməyə və yol hərəkəti qaydalarını pozmamağa çağırırıq
Gürcüstanın daxili işlər nazirinin tapşırığına əsasən, yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə avtonəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti qaydalarını pozmalarına qarşı yanaşma sərtləşdirilib, – Bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze qurumda keçirilən brifinqdə bildirib.
Daraxvelidzenin söylədiyinə görə, Daxili İşlər Nazirliyi yol hərəkətində iştirak edən şəxsləri qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməyə və yol hərəkəti qaydalarını pozmamağa çağırır.
“Son günlər ərzində ölkə miqyasında yol hərəkəti qaydalarının pozulması ilə bağlı 104.484 hal aşkar edilib, o cümlədən: avtomobil şüşələrinin tündləşdirilməsi qaydalarının pozulması ilə bağlı 682 hal; avtobus üçün ayrılmış zolaqda hərəkət – 4.830 hal; sərxoş vəziyyətdə avtomobil idarəetmə – 683 hal; nəqliyyat vasitəsində xüsusi işıq siqnallarından qanunsuz istifadə – 8 hal.
Hər bir qayda pozan sürücü barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüldü. Polis bundan sonra da hər bir qanun pozuntusu faktına müvafiq hüquqi tədbirlərin görülməsini aktiv rejimdə davam etdirəcək. Yol hərəkətində iştirak edən bütün şəxsləri qanunla müəyyən edilmiş tələblərə əməl etməyə və yol hərəkəti qaydalarını pozmamağa çağırırıq. Cəmiyyətə bir daha xatırladırıq ki, polis 24 saatlıq rejimdə cinayətkarlıqla mübarizəni davam etdirir və qanun pozan şəxslərə qarşı bütün müvafiq hüquqi tədbirləri həyata keçirəcək”, – Daraxvelidze bildirib.