Aleksandre Daraxvelidze – Ukraynanın müvafiq qurumlarına müraciət edirik ki, “Dariali” sərhəd-keçid məntəqəsinin neytral zonasinda olan öz vətəndaşlarının Ukraynaya qaytarılması üçün tədbirlər görsünlər
Aleksandre Daraxvelidze – Ukraynanın müvafiq qurumlarına müraciət edirik ki, “Dariali” sərhəd-keçid məntəqəsinin neytral zonasinda olan öz vətəndaşlarının Ukraynaya qaytarılması üçün tədbirlər görsünlər

Ukraynanın müvafiq qurumlarına müraciət edirik ki, “Dariali” sərhəd-keçid məntəqəsinin neytral zonasinda olan öz vətəndaşlarının Ukraynaya qaytarılması üçün tədbirlər görsünlər, – bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze qurumda keçirilən brifinqdə bildirib.

Daraxvelidzenin dediyinə görə, Daxili İşlər Nazirliyi neytral zonada olan şəxslərin öz vətənlərinə qaytarılması prosesində, o cümlədən bu şəxslərin geri qaytarılması üçün lazım olan xərclərin ödənilməsi prosesində Ukrayna tərəfinə kömək etməyə hazırdır.

“Biz istəyirik ki, cəmiyyətə “Dariali” sərhəd-keçid məntəqəsində olan şəxslər barədə ətraflı məlumat verək. Bu şəxslər özlərini Ukrayna vətəndaşı kimi təqdim edir və qeyri-qanuni sənədlərlə Gürcüstan dövlət sərhədini keçməyə çalışırlar. Əvvəlcə xatırlatmaq istəyirəm ki, hazırda “Darialı” sərhəd-keçid məntəqəsinin neytral zonasında 87 şəxs var. Dövlət təhlükəsizliyi maraqlarından çıxış edərək, qeyd olunan şəxslərə ölkəyə giriş imkanı verilmir, çünki onların hamısının ağır cinayət keçmişi var və onlar dəfələrlə ağır və ya xüsusilə ağır cinayətlərə görə mühakimə olunublar. Bundan başqa, onların sərhədi keçmək üçün zəruri etibarlı sənədləri yoxdur və Gürcüstanın dövlət sərhədinə giriş meyarlarına cavab vermirlər.

“Dariali” sərhəd-keçid məntəqəsində insanların öz vətənlərinə qayıtmasını nəzərdə tutan mövcud vəziyyəti həll etmək üçün gürcü tərəfi Ukraynanın Gürcüstandakı səfirliyi, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirib. Müvafiq məsələnin həll edilməsi məqsədilə, həmçinin polis attaşelərinin şəbəkəsindən istifadə olundu, bu şəbəkə çərçivəsində Gürcüstanın Ukraynadakı Polis Attaşesi ilə Ukrayna Daxili İşlər Nazirliyi arasında əlaqə baş tutub. Gürcü tərəfi Ukrayna tərəfinə neytral zonada olan insanların təhlükəsiz təxliyəsi və öz vətənlərinə, Ukraynaya qayıtması üçün bir neçə mexanizm təklif edib. Onların arasında biz həm hava, həm də dəniz yolu ilə həmin şəxslərin vətənə qaytarılması variantlarını təklif etmişdik. 

Ukrayna tərəfi indiyədək sərhəddəki insanların dəniz yolu ilə geri qaytarılması mexanizmindən istifadə etməkdən təmkinli davranır. Lakin bu günə qədər onların çarter reysi ilə vətənlərinə mütəşəkkil şəkildə qayıtması ilə bağlı yekun rəsmi təsdiq almamışıq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, daha əvvəl oxşar şəxslərin daşınması ilə bağlı presedentlər mövcud olub – Ukrayna tərəfinin iştirakı ilə, 2025-ci ilin iyun-iyul aylarında Rusiya Federasiyasından gələn təxminən 134 şəxsdən 37- şəxs Gürcüstanı Moldova istiqamətində tərk edib, təxminən 10 nəfər isə müxtəlif istiqamətlər üzrə ölkədən çıxıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi bir daha öz səlahiyyətləri daxilində bütün müvafiq tədbiri həyata keçirməyə və neytral zonada olan şəxslərin öz vətənlərinə qaytarılması prosesində Ukrayna tərəfinə yardım etməyə, o cümlədən həmin şəxslərin vətənlərinə qayıtması üçün lazım olan xərclərin ödənilməsinə hazır olduğunu ifadə edir. Gürcüstanın Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və bütün aidiyyəti dövlət qurumları ilə birlikdə, öz səlahiyyətləri çərçivəsində, bir tərəfdən Gürcüstan əhalisinin təhlükəsizliyinin qorunması, digər tərəfdən isə neytral zonada olan şəxslərin öz vətənlərinə vaxtında qayıtmasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirir”, – deyə Daraxvelidze bildirib.