Aleksandre Daraxvelidze Avstria polisinin yeni təyin olunmuş əlaqələndirici zabiti ilə tanışlıq xarakterli görüş keçirdi
Aleksandre Daraxvelidze Avstria polisinin yeni təyin olunmuş əlaqələndirici zabiti ilə tanışlıq xarakterli görüş keçirdi

Gürcüstanın Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze, Avstriya Respublikasının Gürcüstandakı yeni təyin olunmuş əlaqələndirici polis zabiti Harald Müllebner ilə tanışlıq xarakterli görüş keçirdi.

Nazir müavini əlaqələndirici zabiti vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüş çərçivəsində Avstriya Respublikasının yeni təyin olunmuş əlaqələndirici polis zabiti iki ölkənin hüquq-mühafizə orqanları arasında uğurlu əməkdaşlığın əhəmiyyətini vurğuladı və bu münasibətlərin birgə səylərlə daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirdi.

Görüş çərçivəsində Aleksandre Daraxvelidze, yeni təyin olunmuş əlaqələndirici zabitin sələfi Gerhard Hörmannı Gürcüstan Daxili İşlər Nazirliyi ilə Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında hüquq-mühafizə sahəsində sıx əməkdaşlığın səmərəli həyata keçirilməsinə verdiyi mühüm töhfəyə görə “təşəkkürnamə” ilə mükafatlandırdı.

Görüşdə həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin, Beynəlxalq Əlaqələr Departamentinin və Patrul Polisi Departamentinin rəhbər şəxsləri də iştirak edirdi. Görüş zamanı tərəflər həmçinin Gürcüstan və Avstriyanın hüquq-mühafizə orqanları arasında gələcək əməkdaşlıq planlarını müzakirə etdilər.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.