Aleksandr Vuçiç Serbiyanın Kosovoda öz silahlı qüvvələrini yerləşdirməyi tələb etdiyini bildirir

13:50, 11.12.2022

 

Serbiya Kosovoda öz silahlı qüvvələrini yerləşdirməyi tələb edir. Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bəyanat verib. O, bu addımın atılmasının Kosovoda etnik zəmində gərginliyin azaldılması üçün zəruri olduğunu söyləyib.

Vuçiç Belqradın Serb polisini və silahlı qüvvələrini Kosovoda yerləşdirməsinə icazə vermək üçün NATO missiyasına müraciət etməyi planlaşdırır.

Bundan əvvəl Kosovonun etnik serblərin yaşadığı şimal hissəsində küçələrdə iğtişaşlar yaşanıb, atışma səsləri də eşidilib, bu səbəbdən dekabrın 18-də Kosovada keçirilməsi planlaşdırılan mer seçkiləri aprelin 23-nə təxirə salınıb. Kosovo prezidentinin dediyi kimi, seçkilərin təxirə salınması barədə qərar siyasi qüvvələrlə məsləhətləşərək qəbul edilib.

Kosovoda yaşayan serblər mer seçkilərini boykot edəcəklərini açıqlayıblar. Etnik mənsubiyyətinə görə serb olan merlər Kosovoya girişlə bağlı yeni qaydaya etiraz əlaməti olaraq öz vəzifələrini tərk ediblər.

Qeyd etmək lazımdır ki, Belqrad və Priştina Kosovoya daxil olmaq üçün yeni qaydalarla bağlı mübahisəni noyabrın sonunda həll ediblər. Aİ-nin vasitəçiliyi ilə əldə edilmiş müqaviləyə əsasən, Belqrad Kosovo şəhərlərini göstərən avtomobillərə dövlət nömrə nişanlarının verilməsini dayandırmalıdır, Priştina isə öz növbəsində Serbiya nömrəli avtomobilləri yenidən qeydiyyatdan keçirməkdən imtina edəcək.

Oxşar