Aleksandr Vuçiç - Prezident Putinə bu gün Moskvada olacağıma dair söz verdim və mən bunu etdim. Bizim qarşımızda Böyük Vətən Müharibəsinin xatirəsini qoruyub saxlamaq kimi vəzifəmiz var, bu qələbədə serb xalqının rolu ilə fəxr edirəm.
Serbiya prezidenti Aleksandar Vuçiç Rusiya prezidenti Vladimir Putinə İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümü üçün Moskvaya gələcəyinə söz verdiyini və vədinə əməl etdiyini bildirib.
“Bilirsiniz, mən prezident Putinə bu gün burada olacağıma dair söz verdim və sözümü də tutdum. Düşünürəm ki, bu, bizim üçün çox vacibdir”, – Vuçiç qeyd edib.
Serbiya prezidenti Putinlə danışıqların və ikitərəfli münasibətlərin inkişafının Belqrad üçün nə qədər vacib olduğunu izah edib.
“Bizim qarşımızda Böyük Vətən Müharibəsi, qələbənin xatirəsini qoruyub saxlamaq kimi böyük vəzifəmiz var. Bu qələbədə serb xalqının rolu ilə fəxr edirəm. Səmimi qəbulunuza, qonaqpərvərliyinizə görə təşəkkür edirəm”, – Vuçiç qeyd edib.
Bundan əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmi şəxsləri Serbiya prezidentinə xəbərdarlıq etmişdilər ki, Moskvaya səfər Serbiyanın Avropa İttifaqına namizəd ölkə kimi daxil olmasına mane olacaq. Serbiya Avropa İttifaqı üzvlüyünə namizəd ölkədir. Vuçiç özü qeyd edib ki, Moskvaya səfəri ilə əlaqədar ölkəsinin Avropa yolu təhlükə altında deyil.