Aleksandr Vuçiç - Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili və həyat yoldaşı Tamari şənlikdə bizə baş çəkdilər, xalqlarımızın adət-ənələrində heyrətamiz bir bənzərlik kəşf etdim
Aleksandr Vuçiç - Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili və həyat yoldaşı Tamari şənlikdə bizə baş çəkdilər, xalqlarımızın adət-ənələrində heyrətamiz bir bənzərlik kəşf etdim

Serbiya və Gürcüstan xalqlarının adət-ənənələrində heyrətamiz bir bənzərlik kəşf etdim”, – bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç sosial şəbəkədə yazır.

Onun dediyinə görə, Gürcüstan prezidenti həyat yoldaşı ilə birlikdə şənliyə gəlib.

“Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili və həyat yoldaşı Tamari şənliyə gələrək Vuçiç ailəsinə xüsusi hörmət göstəriblər. Mən xalqlarımızın adət-ənələrində heyrətamiz bir bənzərlik kəşf etdim”, – Aleksandr Vuçiç yazıb.

Gürcüstan prezidenti Mixail Ğavelaşvilinin bildirdiyinə görə, Serbiya prezidenti onu Müqəddəs Nikolay günündə ailəsinə dəvət edib və orada Vuçiçin valideynləri ilə tanış olmaq şərəfinə nail olub.