Aleksandr Vuçiç Donald Trampla xoş söhbət etdiyini və münasibətlərin yaxşılaşacağını gözlədiyini bildirir

21:08, 11.11.2024

Serbiya prezidenti Aleksandr Vuçiç bazar günü axşam ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib və iki ölkə arasında münasibətlərin bütün sahələrində yaxşılaşma gözlədiyini qeyd edib. Vuçiç bu barədə “Instagram”da məlumat yayıb.

Serbiya liderinin dediyinə görə, söhbət “çox səmimi” olub və Tramp “Serbiya haqqında çox şey bilirdi”. O ümid edir ki, Serbiya ilə ABŞ arasında münasibətlər “bütün sahələrdə daha da yaxşılaşacaq”.

Vuçiçin dediyinə görə, o, Donald Trampın Serbiyaya səfər edəcəyini gözləyir, çünki “Trampın ABŞ prezidenti seçilməsinə ən çox dəstək verən” ölkə Serbiya olub.

“Prezident Tramp Serbiya vətəndaşlarından və serb xalqından aldığı böyük dəstəyə görə minnətdarlığını bildirib”, – Serbiya prezidenti qeyd edir.

Oxşar