Aleksandr Vuçiç – Biz Ukraynanın bütün danışıqlar klasterlərini mümkün qədər tez açmasını istəyirik və Ukraynaya Avropaya inteqrasiya yolunda kömək etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik
Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynanın Avropa İttifaqına gedən yolda Serbiyaya güvənə biləcəyini bildirir.
“Biz Ukraynanın bütün danışıqlar klasterlərini mümkün qədər tez açmasını və tez bağlamasını istəyirik, çünki bu, Ukrayna xalqının və Ukrayna rəhbərliyinin arzusudur. Bununla bağlı bizim heç bir problemimiz olmayıb və gələcəkdə də olmayacaq. Əksinə, Ukraynaya Avropa yolunda kömək etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”, – Vuçiç bildirib.
Bununla yanaşı, Serbiya Prezidenti Volodimir Zelenski ilə görüşündə Belqradın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
“Biz BMT-nin Nizamnaməsini, onun qətnamələrini dəstəkləyirik və bu, BMT-nin bütün üzvlərinin, o cümlədən Ukraynanın ərazi bütövlüyü deməkdir. Həmçinin, Serbiya Respublikasının ərazi bütövlüyünü dəstəklədiyi üçün Ukraynaya minnətdarıq. Bizə gəldikdə isə, bu prinsipial siyasəti davam etdirəcəyik. Bu məsələdə heç bir “amma” yoxdur”, – Vuçiç bildirib.
Aleksandr Vuçiç həmçinin Rusiya-Ukrayna müharibəsi haqda da danışıb və qeyd edib ki, Serbiya da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət bu müharibənin mümkün qədər tez bitməsini istəyir.
“Əgər siyasi veterandan soruşsanız, sizə deyərəm ki, əmin deyiləm. Çox qorxuram ki, xüsusilə ukraynalılar üçün çox çətin bir qış keçirəcəyik. Müharibə mümkün qədər tez bitməlidir, lakin bunun necə baş verə biləcəyini görmürəm”, – Vuçiç bildirib.