Aleksandr Stub – Ticarət, münaqişə, iqlim və ya texnologiya məsələləri yalnız oxşar baxışlara malik ölkələrlə həll edilə bilməz
President of Finland Alexander Stubb speaks to the media upon arriving for the meeting of the North Atlantic Council at the level of Heads of State and Government during the NATO summit in The Hague, the Netherlands, on June 25, 2025. (Photo by EMMI KORHONEN/LEHTIKUVA/Sipa USA) No Use Austria. No Use Switzerland. No Use Czech Republic. No Use Denmark. No Use Finland. No Use France. No Use South Korea. No Use Norway. No Use Poland. No Use Sweden.
Ticarət, münaqişə, iqlim və ya texnologiya məsələləri yalnız oxşar baxışlara malik ölkələrlə həll edilə bilməz, – bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.
Finlandiya Prezidentinin söylədiyinə görə, Avropanın müasir dünyada yeni yanaşması olmalıdır.
“Sövdələşmələrə və maraq dairələrinə əsaslanan, əməliyyat xarakterli çoxqütblü bir dünyanı dəstəkləyənlər də var. Biz beynəlxalq institutların, qaydaların, normativlərin və əməkdaşlıq ideyasının tərəfdarıyıq. Demoqrafik və iqtisadi səbəblərə görə qlobal Cənub növbəti dünya nizamını müəyyən edəcək. Dəyər əsaslı təklif necə yaradılır? Mən deməyə çalışırdım ki, bizim xarici siyasətimiz dəyərlərə əsaslanan realizm üzərində qurulub. Buna görə də biz insan haqları, fundamental hüquqlar, demokratiya, azadlıq, qanunun aliliyi kimi dəyərlərimizə sadiq qalmalıyıq, lakin realist olmalıyıq. Ticarət, münaqişə, iqlim və ya texnologiya məsələləri yalnız oxşar baxışlara malik ölkələrlə həll edilə bilməz”, – Aleksandr Stub bildirib.