Aleksandr Sirski Volodimir Zelenskiyə ukraynalı hərbçilərin Kursk bölgəsinin 74 yaşayış məntəqəsinə nəzarət etdiklərini bildirib
Ukrayna tərəfinin məlumatına əsasən, onların hərbçiləri Kursk bölgəsinin 74 yaşayış məntəqəsini nəzarətə götürüblər. Bu haqda Ukraynanın Silahlı Qüvvələrinin rəhbəri Aleksandr Sirski telefon danışığı zamanı Volodimir Zelenskiyə deyib.
“Ukraynanın bölmələri Kursk vilayətinin ərazisində əməliyyatlarını davam etdirirlər. Bu gün ərzində cəbhənin müəyyən hissələrində qoşunlarımız bir kilometrdən üç kilometrədək irəliləyiblər. Onlar 40 kvadrat kilometr ərazini nəzarətə götürüblər. Bu günə olan vəziyyətə görə 74 yaşayış məntəqəsi nəzarət altındadır. Bütün cəbhə xəttində döyüş gedir. Döyüş əməliyyatlarının yüksək intensivliyinə baxmayaraq, vəziyyət bizim nəzarətimizdədir. Biz əməliyyatı davam etdiririk” – Sirski Ukraynanın Prezidentinə bildirib.
Öz növbəsində Volodimir Zelenski yeni rus hərbi əsirləri götürdükləri üçün qoşunlara təşəkkür edib.
“Məhkum mübadiləsi fondumuzu doldurduğunuz üçün sizə təşəkkür edirəm. Bu, bizim onları oğlanlarımıza, əsgərlərimizə dəyişə bilməyimiz üçün vacibdir” – Volodimir Zelenski Ukraynanın Silahlı Qüvvələrinin rəhbəri ilə danışarkən bildirib.