Aleksandr Lukaşenko Yevqeni Priqojinin Belarusda olduğunu təsdiqləyib
Aleksandr Lukaşenko Yevqeni Priqojinin Belarusda olduğunu təsdiqləyib

 

Aleksandr Lukaşenko “Vaqner”in rəhbəri Yevqeni Priqojinin Belarusda olduğunu təsdiqləyib. Yerli KİV-in məlumatına görə, dövlət başçısı bu barədə zabitlərə rütbələrin verilməsi mərasimində danışıb.

“Vladimer Putinin dünən vəd etdiyi kimi, təhlükəsizlik təminatları verildi. Bəli, doğrudan da, o, bu gün Belarusdadır. Sizə söz verdiyim kimi bir müddət bizimlə qalmaq istəsəniz və sairə biz sizə kömək edəcəyik. Təbii ki, vaqnerçilərin hesabına” – deyə Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd edib.