Aleksandr Lukaşenko - polşalılar "Vaqner"in nüvə silahını qoruyacağını düşünürlər, belə olmayacaq, nüvə silahının böyük bir hissəsi artıq Belarusdadır və ruslar və belaruslar qoruyurlar
Aleksandr Lukaşenko - polşalılar "Vaqner"in nüvə silahını qoruyacağını düşünürlər, belə olmayacaq, nüvə silahının böyük bir hissəsi artıq Belarusdadır və ruslar və belaruslar qoruyurlar

 

Polşalılar “Vaqner”in nüvə silahını qoruyacağını düşünürlər, belə olmayacaq -bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlayıb.

O, nüvə silahının əhəmiyyətli hissəsinin artıq Belarus ərazisində olduğunu bildirib.

“Polşalılar və başqaları “Vaqner”in nüvə silahını qoruyacağını düşünürlər . “Vaqner” nüvə silahını qorumayacaq. Nüvə silahlarının əksəriyyəti artıq ölkə ərazisindədir və ruslar və belaruslar tərəfindən qorunur. Biz birlikdə işləyirik. Bizim analoji təcrübəmiz yoxdur, ona görə də ruslar qoruyur və biz isə müdafiəyə kömək edirik”-deyə Lukaşenko açıqlayıb.

Belarusun lideri nüvə silahlarının təhlükəsizliyinə cavabdeh olduğunu və onların vaqnerçilər tərəfindən qorunmasına imkan verməyəcəyini bildirib.