Aleksandr Lukaşenko gələn ilin əvvəlində Gürcüstana səfər edəcək
Aleksandr Lukaşenko gələn ilin əvvəlində Gürcüstana səfər edəcək

Gələn ilin əvvəlində Belorus prezidenti, Aleksandr Lukaşenko Gürcüstana gələcək. Aleksandr Lukaşenko bu barədə İrakli Kobaxidze ilə Minskdə görüşərkən bəyan etdi. Belarus prezidenti üzbəüz görüşdə qarşılıqlı əlaqələrin əhəmiyyəti haqqında söhbət etdi.

“Siyasi istiqamətlərin fərqinə baxmayaraq, biz dost kimi qalırıq. Bu Mixail Saakaşvilinin vaxtı da belə idi və indi də davam edir. Bunun üçün minnətdarıq. Bu dostluq konkret hallarda birüzə verdi. Siz az öncə xəstələrə kömək etmək üçün dərmanlar göndərdiniz. Bizim vertalyotlarımız isə, meşədə yanğının söndürlməsində yardım etdi. Sizin səfəriniz siyasi və iqtisadi əlaqələrimizi gücləndirəcəkdir”, – Lukaşenko bəyan etdi.

Gürcüstan parlamentinin sədri ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə, Belarus prezidentinə təşəkkür etdi.

“Belarus çox dost ölkədir. Xalqlarımızın yaxşı qonşuluq əlaqələri var. Biz çox yaxın siyasi əlaqələrə sahib olmaq istəyirik və bunun üçün hər bir əsasımız var. Ərazi bütövlüyümüzü dəstəklədiyiniz üçün minnətdarlığımı bildirirəm”, – Kobaxidze bəyan etdi.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze, nümayəndə heyəti ilə birlikdə, bu gün, noyabrın 20-də rəsmi səfərlə Belarus Respublikasına getdi.

 

Şərh yaz