Aleksandr Lukaşenko Belarusun “Su-24” təyyarələrinin artıq nüvə silahı daşıya bildiklərini söyləyir
Belarus prezidenti Aleksandr Lukaşenko “Su-24” Belarus hərbi təyyarələrinin artıq nüvə silahı daşıya bildiklərini söyləyir.
Lukaşenkonun sözlərinə görə, “Qərbin Belarusa qarşı hansısa ciddi təxribata çalışması halında, məqsədlərimizi müəyyənləşdirmişik”.
“Putinlə mən bir dəfə Sankt-Peterburqda demişdik ki, nüvə silahı daşıya bilməsi üçün biz Belarusun təyyarələrini yenidən təchiz edəcəyik. Hər şey hazırdır”-deyə Lukaşenko bildirib.
Lukaşenko Qərbə xəbərdarlıq edir ki, Belarus istənilən təxribata cavab verməyə hazırdır. Onun sözlərinə görə, Belarusla münasibətləri gərginləşdirmək olmaz, çünki bu, nüvə silahına malik olan İttifaq dövləti ilə münasibətlərin kəskinləşməsi deməkdir.