Aleksandr Lukaşenko ABŞ-ın Belarus məsələləri üzrə xüsusi nümayəndəsi Con Koul ilə görüşüb
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Belarus məslələri üzrə xüsusi nümayəndəsi Con Koul ilə görüşüb. Bu barədə Belarusun “Belta” xəbər agentliyi məlumat yayır.
Media vasitəsinin məlumatına görə, Lukaşenko Kolu ABŞ-ın Belarus məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunması münasibətilə təbrik edib.
“Con, sizi vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirəm. İndi sən bizimlə Belarus məsələlərində əsas şəxs olursan. Trump-a çatdır ki, biz bununla bağlı nəsə etməliyik. Və biz edəcəyik”, – Lukaşenko bildirib.
Belarus prezidenti Donald Trampın siyasətini də müsbət qiymətləndirib.
“Bizim müzakirə edəcəyimiz çoxlu məsələlər var. Dünya çox sürətlə dəyişir, sizinlə müzakirə etməli olduğumuz yeni problemlər yaranır. Biz hətta bəzi məsələləri həll edə bilərik”, – Lukaşenko qeyd edib.
Medianın yazdığına görə, danışıqların sabah davam edəcəyi gözlənilir.