Aleksandr Lukaşenko - ABŞ-a səfər edib Donald Trampın əlini sıxmaq kimi bir istəyimin olduğu doğru deyil, mən Volodimir Zelenski deyiləm ki, Donald Trampın yanına qaçıb pul və ya silah istəyəm
Aleksandr Lukaşenko - ABŞ-a səfər edib Donald Trampın əlini sıxmaq kimi bir istəyimin olduğu doğru deyil, mən Volodimir Zelenski deyiləm ki, Donald Trampın yanına qaçıb pul və ya silah istəyəm

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ ilə əhəmiyyətli bir razılaşmaya hazır olduğunu bildirir, lakin Prezident Donald Trampla mümkün görüşü “vassal və imperator arasında görüşə” bənzəməməlidir.

“Пул Первого” telegram kanalına verdiyi müsahibədə o deyib ki, Vaşinqtondan “boyun əyib nəsə istəmək” vəziyyətində deyil.

” ABŞ-a səfər edib Donald Trampın əlini sıxmaq kimi bir istəyimin olduğu doğru deyil. Mən Volodimir Zelenski deyiləm ki, Donald Trampın yanına qaçıb pul və ya silah istəyəm”, – Lukaşenko deyib.

Vaşinqtonla gələcək razılaşma ilə bağlı Lukaşenko bildirib ki, tərəflər hələ də “əhəmiyyətli razılaşmanı” müzakirə edirlər və bunun üçün “bəzi məsələlərin” həll olunması tələb olunur.

“Hələ həll etməli olduğumuz bir çox məsələ var və bu, razılaşmanın vacib mövzusudur. Bunu aşağı səviyyədə həll etdiyimiz kimi, Donald ilə görüşməyə və həmin razılaşmanı imzalamağa hazırıq”, – deyə o bildirib.

Məlumat üçün bildirək ki, aprelin 5-də Lukaşenko ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı tövsiyələrini nəzərə aldığını və tədricən İrandakı müharibədən uzaqlaşdığını bildirib.