Aleksandar Vuçiç səhhətinin pisləşməsi ilə əlaqədar ABŞ-da planlaşdırılan görüşləri ləğv edib və Serbiyaya qayıdıb

13:46, 03.05.2025

Serbiya prezidenti Aleksandar Vuçiç səhhətinin pisləşməsi ilə əlaqədar ABŞ-da planlaşdırılan görüşləri ləğv edib. Bu barədə Serbiya mediası yazır.

Serbiya prezidenti aprelin 30-da ABŞ-a gəlib və o amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırırdı, həmçinin Respublikaçılar Partiyasının nümayəndələri ilə görüş keçirməli idi.

Vuçiçin mayın 2-də səhhəti pisləşib və tibbi müayinələrdən keçdikdən sonra Serbiyaya qayıdıb.

Oxşar