Aleko Elisaşvili “Lelo”, Ana Dolidze və “Azadlıq meydanı”nın birliyinə qoşuldu

19:58, 23.07.2024

 

“Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili “Lelo” vətəndaşların siyasi birliyi, “Ana Dolidze – xalq üçün” və “Azadlıq meydanı” siyasi hərəkatına qoşuldu.

“Lelo”nun mətbuat xidmətində bu haqda məlumatı təsdiqləyiblər.

Mamuka Xazaradze Aleko Elisaşvili ilə birlikdə çəkilmiş şəkli sosial şəbəkədə dərc edib.

Üç siyasi partiya – “Lelo”, “Ana Dolidze – xalq üçün” və “Azadlıq meydanı” iyulun 17-də birləşdiklərini elan etdilər və təqdimat keçirdilər.

Oxşar