Albaniyada etiraz aksiyasının iştirakçıları baş nazirin iqamətgahına “Molotov kokteyli” və pirotexniki vasitələr atıblar, cavab olaraq polis gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib
Albaniyada etiraz aksiyasının iştirakçıları baş nazirin iqamətgahına “Molotov kokteyli” və pirotexniki vasitələr atıblar, cavab olaraq polis gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyası iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Medianın yazdığına görə, etirazçılar hökumətin istefasını tələb etmək üçün Tirananın küçələrinə çıxıblar və baş nazirin iqamətgahına Molotov kokteyli və pirotexniki vasitə atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları buna cavab olaraq göz yaşardıcı qaz və təzyiqli sudan istifadə ediblər.

Albaniyada siyasi vəziyyət ötən ilin dekabrında, ölkənin baş naziri Edi Ramanın müavini prokurorluq tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə suçlanandan sonra gərginləşib.

Prokurorluqda bildirdiklərinə görə, Belinda Baluk iri infrastruktur layihələri üçün dövlət tenderlərinə müdaxilə edirdi və müəyyən şirkətlərə üstünlük verirdi.