Aktyor Nuqzar Ğuraşvili vəfat edib
Aktyor Nuqzar Ğuraşvili vəfat edib

Aktyor Nuqzar Ğuraşvili 76 yaşında vəfat edib.

Bu barədə Axmeteli Teatrı sosial şəbəkədə məlumat yayır.

“Bizim teatr üçün ən ağır gündür. Axmeteli Teatrı dərin kədər hissi ilə bildirir ki, teatr və kino sahəsinin görkəmli aktyoru, teatrımızın əfsanəsi Nuqzar Ğuraşvili vəfat edib. Cənab Nuqzarinin yaradıcılıq yolu həm Axmeteli Teatrında, həm də Konstantine Qamsaxurdia adına Suxumi Dövlət Dram Teatrında, Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında və Suxumi Dövlət Gənc Tamaşaçılar Teatrı “Ağ Dalğa”da gürcü teatr sənətinin görkəmli bir salnaməsidir. Onun çoxşaxəli istedadı həm səhnədə, həm də kino ekranında eyni güclə özünü göstərirdi. Cənab Nuqzar bir çox yaddaqalan kino obrazları yaradıb ki, bu obrazlar ona tamaşaçıların ümumi sevgi və rəğbətini qazandırıb. Axmeteli Teatrının yarandığı ilk gündən o, truppamızın ayrılmaz hissəsi, sadiq dost və peşəkarlıq nümunəsi idi. Onun vəfatı bütün gürcü mədəniyyəti üçün böyük itkidir. Sandro Axmeteli Adına Dövlət Dram Teatrının kollektivi onun ailəsinə, yaxınlarına və gürcü tamaşaçılarına başsağlığı verir”, – Axmeteli Teatrının bəyanatında deyilib.

Nuqzar Ğuraşvili 1972-1980-ci illərdə Suxumidə Konstantine Qamsaxurdia adına teatrda fəaliyyət göstərib. 1980-ci ildən Axmeteli adına teatrda aktyor kimi fəaliyyət göstərib. 1985-1987-ci illərdə “Metexi teatrı”nın səhnəsində çıxış edirdi.