"Axios" - Vladimir Putin ilk dəfə mübahisəli ərazilərdə referendum keçirmək üçün atəşkəsə razı oldu
Rusiya prezidenti Vladimir Putin mübahisəli ərazilərdə referendum keçirmək üçün ilk dəfə atəşkəsə razı oldu, – bu barədə “Axios” məlumat yayır.
Nəşrin məlumatına görə, əvvəllər razılaşma əldə olunana qədər atəşkəsə qarşı çıxan ruslar belə bir referendumun keçirilməsi üçün atəşkəsin zəruri olacağı ilə razılaşdılar.
Bununla yanaşı, ABŞ-ın rəsmi şəxsi nəşrə müsahibəsində bildirib ki, Ukrayna 60 günlük atəşkəs tələb edir, amma ruslar daha qısa müddət tələb edə bilərlər.