"Axios" - Tramp Zelenski və Rutte ilə telefon danışığı zamanı bildirib ki, Putin atəşkəs istəmir, o, müharibəyə son qoymaq üçün hərtərəfli razılaşmaya üstünlük verir
"Axios" - Tramp Zelenski və Rutte ilə telefon danışığı zamanı bildirib ki, Putin atəşkəs istəmir, o, müharibəyə son qoymaq üçün hərtərəfli razılaşmaya üstünlük verir

ABŞ prezidenti Donald Tramp Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı zamanı bildirib ki, Vladimir Putin atəşkəs istəmir, müharibəni bitirmək üçün hərtərəfli razılaşmaya üstünlük verir.

Bu barədə “Axios”un jurnalisti Barak Ravid öz mənbələrinə istinadən X sosial şəbəkəsində yazır.

Mənbəyə istinadən Ravid Donald Trampdan sitat da dərc edir: “Düşünürəm ki, sürətli sülh razılaşması atəşkəsdən yaxşıdır”.

Rusiya və ABŞ prezidentlərinin görüşü avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki hərbi bazada baş tutub. Donald Tramp və Vladimir Putin arasında danışıqlar təxminən üç saat davam edib.