“Axios” – Stiv Uitkof Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edir

11:25, 11.04.2025

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəmək üçün Moskvaya səfər edib.

Bu barədə “Axios” məlumat yayır.

Nəşrin yazdığı kimi, bu, Stiv Uitkof və Vladimir Putin arasında üçüncü görüş olacaq.

Xatırladaq ki, aprelin 12-də Stiv Uitkof Omanda İranın nüvə proqramı ilə bağlı İranla birbaşa danışıqlar aparacaq.

Oxşar