"Axios" - Starmer Zelenskiyə, Ukrayna üçün Qəzza üçün hazırlanmış sülh planına bənzər bir planın yaradılması məqsədilə ABŞ-la əməkdaşlıq etməyi təklif etdi
"Axios" - Starmer Zelenskiyə, Ukrayna üçün Qəzza üçün hazırlanmış sülh planına bənzər bir planın yaradılması məqsədilə ABŞ-la əməkdaşlıq etməyi təklif etdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Qəzza zolağı üçün hazırlanmış sülh planına bənzər bir planın yaradılması təklifi ilə çıxış edib.

“Axios”un məlumatına görə, Kir Starmer Volodimir Zelenskiyə Ukrayna üçün Qəzza zolağı üçün hazırlanmış 20 bəndlik plana bənzər bir planın yaradılması məqsədilə ABŞ-la birgə işləməyi təklif etdi.

“Axios” yazır ki, Starmerin planı NATO-nun Baş katibi Mark Rutteyə də təqdim edildi.

Mark Rutte yaxın günlərdə Avropa ölkələrinin hökumətlərinin təhlükəsizlik müşavirləri ilə telefon danışığı aparacağını elan edib.

“Axios” yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampla görüşündən dərhal sonra Avropa liderləri ilə telefon danışığı aparıb.

“Axios” danışıqda iştirak edən mənbəyə istinadən yazır ki, bəzi liderlər Trampın mövqeyindəki açıq dəyişiklikdən təəccübləniblər.