“Axios” - Səudiyyə Ərəbistanının müdafiə naziri ABŞ-da keçirilən qapalı brifinqdə bildirib, əgər Donald Tramp İrana qarşı təhdidini həyata keçirməzsə, rejim güclənəcək
Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman Vaşinqtonda keçirilən qapalı brifinqdə bildirib ki, əgər Donald Tramp İrana qarşı təhdidini həyata keçirməzsə, rejim daha da güclənəcək. Bu barədə “Axios” nəşri dörd mənbəyə istinadən məlumat yayır.
“Axios”un məlumatına görə, bu bəyanat üç həftə əvvəl Səudiyyə Ərəbistanının varisi, şahzadə Məhəmməd bin Salman tərəfindən ABŞ Prezidenti Donald Trampla səsləndirilən mövqedən kəskin şəkildə fərqlənir. Şahzadə qeyd edib ki, İrana hücum eskalasiyaya səbəb olacaqdı.
Medianın yazdığına görə, Trampın zərbəni təxirə salmaq qərarına gəlməsinin səbəblərindən biri Ər-Riyadın xəbərdarlığı olub.
Nəşrin xəbər verdiyinə görə, hazırda ABŞ və İran arasında ciddi, birbaşa danışıqlar aparılmır. Yayılan məlumata görə, ABŞ-ın rəsmi şəxsləri Tehranın Vaşinqtonla “maksimalist şərtlərə əsaslanan” razılaşma bağlamaqda maraqlı olmadığını bildirirlər.
“İran həmişə razılaşma əldə etmək istəyir. Lakin problem ondadır ki, hansı tip sazişin bağlanmasını istəyirsiniz. İran hansı növ saziş bağlamaq istəyir və ABŞ hansı tip sazişə razı olacaq? Bu, çox yaxşı sualdır və hazırkı mərhələdə biz nəticə görmürük”, – Nəşr Fars körfəzi ölkələrindən birinin rəsmi şəxsin sözlərini sitat gətirir.