“Axios” – Ötən ay İlon Mask Pentaqonda Çinlə bağlı gizli brifinqdə iştirak etməli idi, lakin Donald Tramp bu barədə biləndə görüşü ləğv etdi
Ötən ay ABŞ Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask Pentaqonda Çinlə bağlı gizli brifinqdə iştirak etməli idi, lakin Donald Tramp bu barədə biləndə görüşü ləğv etdi, – bu barədə “Axios” nəşri anonim mənbələrə istinadən məlumat yayır.
“Axios” mənbələrinin məlumatına görə, “Maskın Pentaqonda planlaşdırdığı görüş Trampı qəzəbləndirib”.
Bununla yanaşı, Tramp administrasiyasının nümayəndəsi nəşrə anonim şəkildə bildirib ki, ABŞ prezidenti Maskı bəyənir, lakin onun Çində böyük biznesləri və yaxşı əlaqələri olduğu üçün belə bir görüşü qəbuledilməz hesab edib.
“İlonun orada nə işi var? Əmin olun ki, o, bu görüşdə iştirak edə bilməyəcək, – Donald Trampın sözlərini təkrarlayan anonim mənbə bildirib.